Vergiödəyicisinə verilən hədiyyə, yardım və ya mükafat vergidən azaddırmı?
Bakı, 26 may, AZƏRTAC
Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin müddəalarına əsasən, vergiödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə ödənilən haqq, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergiyə cəlb olunur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə görə, təqvim ili ərzində əldə edilən hədiyyələrin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Dəyəri 1000 manatdan yuxarı hədiyyə əldə edən fiziki şəxslər vergi orqanında uçota alınaraq 14 faiz dərəcə ilə gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.
Belə ki, Vergi Məcəlləsinin 99.3.7-ci maddəsində əsasən təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (işəgötürən öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hal istisna olmaqla) fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aid edilib.
Bununla yanaşı, həmkarlar ittifaqı tərəfindən verilən mükafatın gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığından Vergi Məcəlləsinin 101.2-ci və 150.1.7-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergiyə cəlb olunur.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb