Anar Cəbrayıllı: Ölkədə suyun qiymətinin bahalaşması gözlənilmir
Bakı, 26 may, AZƏRTAC
Yaxın vaxtlarda ölkədə suyun qiymətinin bahalaşması gözlənilmir.
AZƏRTAC xəbər verir ki, bunu “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.
O bildirib ki, suyun qiymətinin bahalaşması ilə bağlı “Azərsu” Tarif Şurasına müraciət etməyib: “Məsələ gündəmdə deyil. Biz Tarif Şurasına bu barədə müraciət etməmişik".
Həmçinin bildirilib ki, sudan israfçılığın qarşısını almaq üçün hazırlanan tədbirlər planına uyğun olaraq hər bir rayon üzrə yaradılan xüsusi qruplar mayın 1-dən fəaliyyətə başlayıb.
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir