Filarmoniyada Ulu Öndərin 100 illiyi münasibətilə konsert olacaq
Bakı, 26 may, AZƏRTAC
İyunun 2-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi Məktəbinin şagirdlərinin konserti olacaq.
Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Simfonik arkestri çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Bu il Şuşada kulinariya günləri keçiriləcək
Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır
Qərbi Azərbaycanın maddi və mədəni irsi AKİ-nin fokusunda
Səmərqənd mərkəzi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib