® İstəSən” tarifində yenilik!
Azercell abunəçilərinə “İstəSən” tarifi daxilində vatsapda limitsiz yazışma imkanı verir
“Azercell Telekom” müştərilərə seçim azadlığı və öz tarifini yaratmaq imkanı verən “İstəSən” tarifində yenilik tətbiq edib. Abunəçilərdən daxil olan istəklərə əsasən “İstəSən” tarifinin əsas paketinə 30 ölkədaxili dəqiqə və 3GB internetdən əlavə vatsapda pulsuz yazışmaq imkanı da əlavə olunub. Daha ətraflı məlumatı Azercell-in rəsmi səhifəsində əldə etmək olar: https://bit.ly/istesen_yeni
Xatırladaq ki, “İstəSən” tarifi abunəçilərin sərbəst dizayn edə biləcək ilk və yeganə rəqəmsal tarifdir və bura ölkədaxili dəqiqələr, ümumi internet və instaqram, feysbuk, yutub və TikTok kimi əlavə internet paketləri daxildir. Tarifin qiyməti əsas paketin üzərinə edilən əlavələrə əsasən dəyişir və artırdıqca daha sərfəli olur. Tarif dizaynına dəyişiklikləri yalnız özünəxidmət tətbiqi olan “Kabinetim”də etmək olar.
Abunəçilərinin tələbat və maraqlarını nəzərə alan Azercell sərfəli təkliflər, geniş çeşiddə məhsul və texnoloji həllər ərsəyə gətirməyi davam edir.
Azərbaycan və Türkiyənin dövlət başçılarının Naxçıvan səfərində bir çox vacib məqamlar var - ŞƏRH
Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi qrupunun III iclası keçirilib
Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
İqdır-Naxçıvan qaz xətti Muxtar Respublikanı etibarlı və dayanıqlı enerji ilə təmin edəcək - ŞƏRH
Ekspert:Türkiyə Prezidentinin səfəri Zəngəzur dəhlizini bloklamağa çalışan güclərə mesajdır