İstiqlal Muzeyində tədbir - “Əbədi miras: Müstəqillik”
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan İstiqlal muzeyində “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş “Əbədi miras: Müstəqillik” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının xalqımızın tarixindəki rolundan, mühüm xidmətlərindən bəhs olunub.
Sonra AXC-nin fəaliyyəti müddətində ordu quruculuğu, təhsil və mədəniyyət sahələrinin inkişafı, Azərbaycanın yenidən müstəqilliyinin qazanılmasında və cümhuriyyət irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bir sıra tədbirlər barədə nitqlər söylənilib.
Tədbirin sonunda auditoriyanın çoxsaylı sualları cavablandırılıb.
Bu il Şuşada kulinariya günləri keçiriləcək
Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır
Qərbi Azərbaycanın maddi və mədəni irsi AKİ-nin fokusunda
Səmərqənd mərkəzi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib