×
A
A
A
Sazlamalar

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Qazax, 26 may, Elcan Məmmədov, AZƏRTAC

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılmış Azər Yusifova narkotik maddəni satmaqda şübhəli bilinən Novruz Aylarov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif bükümlərdə və qablarda narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. N.Alyarov ifadəsində narkotik vasitələri Bakı şəhərində İran vətəndaşından aldığını və rayona satmaq məqsədi ilə gətirdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Regionlar 2023-05-26 14:28:00

Video