ABŞ Kiyevə yeni hərbi yardım paketləri təqdim edəcək
Bakı, 26 may, AZƏRTAC
ABŞ yaxın həftələrdə və aylarda Ukraynanın ehtimal edilən əks-hücumu fonunda Kiyevə hərbi yardım göstərməyə davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə əlaqələndirici Con Kirbi CNN telekanalına müsahibəsində deyib.
“Ukraynanın əks-hücumu istənilən an başlaya bilər. Onun nə vaxt, harada və necə başlayacağı barədə qərarı Kiyev qəbul edəcək. Biz bütün diqqətimizi qərar qəbul edilərkən və əks-hücum əməliyyatları həyata keçirilərkən Ukrayna ordusunun lazımi vasitələrlə və imkanlarla təmin olunmasına yönəltmişik”, - deyə Con Kirbi bildirib.
Bir müddət öncə Reuters agentliyi ABŞ administrasiyasının mayın 26-da Ukraynaya 300 milyon dollarlıq növbəti hərbi yardım paketini elan edəcəyi barədə məlumat yaymışdı.
ABŞ müharibənin başladığı vaxtdan bəri Ukraynaya ümumilikdə 37 milyard dollar həcmində hərbi yardım göndərib.
Latviya Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb
Polşa Belarusun 365 vətəndaşına və 20 şirkətinə qarşı sanksiya tətbiq edib
Mövlud Çavuşoğlu ilə Antoni Blinken arasında telefon danışığı olub
Dünyanın ən böyük elektromobil istehsalçıları Əbu-Dabidə toplaşıb
Volodimir Zelenski və Olaf Şolts arasında telefon danışığı olub