Sidney şəhərindəki çoxmərtəbəli binada güclü yanğın baş verib
Bakı, 26 may, AZƏRTAC
Avstraliyanın Sidney şəhərinin mərkəzində çoxmərtəbəli binada güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, Yeni Cənubi Uels ştatının Yanğın və Xilasetmə Xidmətinin məlumatına görə, hadisə yerli vaxtla saat 16-da Surry-Hills rayonunda, mərkəzi vağzalın yaxınlığındakı Rendl-Street küçəsində qeydə alınıb.
Binaya aparan yollar bağlanıb, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası alovu söndürə bilib. Yanğın nəticəsində binanın bir hissəsi dağılıb. Hələ ki, insident nəticəsində həlak olanlar və yaralananlar barədə məlumat verilmir.
Latviya Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb
Polşa Belarusun 365 vətəndaşına və 20 şirkətinə qarşı sanksiya tətbiq edib
Mövlud Çavuşoğlu ilə Antoni Blinken arasında telefon danışığı olub
Dünyanın ən böyük elektromobil istehsalçıları Əbu-Dabidə toplaşıb
Volodimir Zelenski və Olaf Şolts arasında telefon danışığı olub