“Baku Sailing Regatta-2023” başlayır
Bakı, 26 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə təşkil olunan "Baku Sailing Regatta-2023” üzrə hazırlıqlar başa çatıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, bu gün reqatanın ilk günüdür, saat 12-də yelkənçilərin yarışına start veriləcək. Ümumilikdə 39 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar altı sinif (“Optimist”, “Optimist Qızlar”, “Optimist Junior”, “ILCA 4”, “ILCA 6”, “ILCA 7”) üzrə mübarizə aparacaqlar.
Yarışa mayın 28-i yekun vurulacaq. Həmin gün saat 14:00-dan Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar da təşkil olunacaq, 18-də isə qaliblər mükafatlandırılacaqlar.
Hər birinizi yelkənçilərin möhtəşəm şousunu izləmək və əylənmək üçün "Baku Sailing Regatta-2023”də gözləyirik. Tədbirdə iştirak qeydiyyatsız və ödənişsizdir.
Qeyd edək ki, reqata “Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunacaq.
Azərbaycan və Türkiyənin dövlət başçılarının Naxçıvan səfərində bir çox vacib məqamlar var - ŞƏRH
Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi qrupunun III iclası keçirilib
Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
İqdır-Naxçıvan qaz xətti Muxtar Respublikanı etibarlı və dayanıqlı enerji ilə təmin edəcək - ŞƏRH
Ekspert:Türkiyə Prezidentinin səfəri Zəngəzur dəhlizini bloklamağa çalışan güclərə mesajdır