×
A
A
A
Sazlamalar

Azərbaycanlı şairin kitabı Türkiyədə nəşr olunub

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Rəsmiyyə Sabirin Türkiyənin paytaxtı Ankara şəhərində yeni – “Yerlə göy arasında” şeirlər kitabı nəşr olunub.
Bu barədə AZƏRTAC-a müəllif özü məlumat verib.
Kitab Kərkük Kültür Dərnəyinin dəstəyi ilə nəşr edilib. Kitabın “Ön söz” yazarı və redaktoru Kərkük Kültür Dərnəyinin sədri, tanınmış yazar, jurnalist, tədqiqatçı Şəmsəddin Kuzəçidir. Kitabda şairin Allah, Vətən, ana, torpaq, sevgi mövzularında müxtəlif illərdə qələmə aldığı şeirlər yer alır. “Yerlə göy arasında” kitabı müəllifin sayca səkkizinci, Türkiyədə nəşr olunan ikinci kitabıdır. Şairin 2011-ci ildə Türkiyədə “Sahilsiz adam” şeirlər kitabı da işıq üzü görüb.

Mədəniyyət 2023-05-26 10:28:00