×
A
A
A
Sazlamalar

“Milli Qəhrəmanlar” sənədli filmlər silsiləsindən bu günədək 100-dən çox film çəkilib - açıqlama

Bakı, 26 may, AZƏRTAC
Nazirliyin “Salnaməfilm” və “Yaddaş” studiyalarında bu günədək “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 100-dən artıq film çəkilib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
“Azərbaycan Respublikasının Kino Agentliyi fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif istiqamətlərində islahatların aparılması ilə yanaşı dövlət sifarişi və dəstəyi ilə film istehsalı, o cümlədən qəhrəmanlar haqqında filmlərin çəkilməsi sahəsində də müvafiq işlərin görülməsi nəzərdə tutulub”, - deyə nazirlikdən bildirilib.
Xatırladaq ki, torpaqlarımızın azadlığı və bütövlüyü uğurunda canından keçmiş vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, onların həyatının və keçdiyi şərəfli döyüş yolunun insanlara daha yaxından tanıdılması məqsədilə 2012-ci ildən Mədəniyyət Nazirliyinin sifarişi ilə silsilə sənədli filmlərin istehsalına başlanılıb.

Mədəniyyət 2023-05-26 10:47:00