×
A
A
A
Sazlamalar

İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanılıb

Beyləqan, 26 may, AZƏRTAC

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının İran İslam Respublikası ilə sərhədyanı ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik tərkibli vasitələr və həblərin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, polis əməkdaşlarının rayonun Əhmədli kəndi ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakini Kənan Muradlı saxlanılıb. Ondan ümumilikdə, 8 kiloqramdan artıq heroin və tiryək, eləcə də ümumilikdə 150 ədəd güclü təsiredici xassəyə malik metadon və tramadol həbləri aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı K.Məmmədli aşkarlanmış narkotik vasitələri "Baba" şərti adlı İran sakini vasitəsilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonunun Əhmədli kəndində gizlədildiyini və oradan götürərək satıb pul qazanmaq məqsədi ilə əldə etdiyini deyib.
Faktla bağlı cinayət işi başlanılıb, K.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Regionlar 2023-05-26 10:38:00