BDU-nun həmtəşkilatçılığı ilə Beynəlxalq Arbitraj Yay Məktəbi keçiriləcək
Bakı, 26 may, AZƏRTAC
İyunun 26-dan 30-dək İbn Haldun Universiteti (Türkiyə), Bakı Dövlət Universiteti (Azərbaycan) və Türk Arbitraj Akademiyası tərəfindən Türk Dövlətləri Təşkilatının dəstəyi ilə ilk Beynəlxalq Arbitraj Yay Məktəbi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Arbitraj Yay Məktəbinin məqsədi sözügedən sahədə gənc hüquqşünaslar hazırlamaq, o cümlədən ayrı-ayrı şəxslər, biznes strukturları və təşkilatların iştirak etdiyi Alternativ Mübahisələrin Həlli Platforması yaratmaq üçün türk dövlətlərindən olan alimləri və praktik hüquqşünasları bir araya gətirməkdir.
Qeydiyyatdan keçmək istəyənlər mayın 30-dək müraciət etməlidirlər.
Gənc diplomatlar üçün “Xarici Siyasət Proqramı”nın Məzun günü
Elm və Təhsil Nazirliyi ilə TUBİTAK arasında niyyət məktubu imzalanıb
Ümumi və məktəbəqədər təhsil üzrə kommunikasiya görüşü keçirilib