Göygöldə selin qurbanı olan 2 nəfərin meyiti tapılıb
Göygöl, 26 may, E. Məmmədov, AZƏRTAC
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları başa çatıb.
Bu sözləri DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AZƏRTAC-ın bölgə müxbirinə deyib.
O bildirib ki, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir.
“Sumqayıt” klubu ilk futbolçu transferini edib
MDB Gömrük Xidmətlərinin kinoloji bölmələrinin çoxnövçülükdə birincilik üzrə XI yarışı başlanıb
Nazir Rəşad Nəbiyev Qusarda şəhid ailəsini ziyarət edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qusarda vətəndaşları qəbul edib
Lənkəran-Astara iqtisadi rayonunun inkişafı üzrə hazırlanmış sənədlər təqdim edilib