Rusiyanın Krasnodar diyarında zəlzələ baş verib
Bakı, 26 may, AZƏRTAC
Rusiyanın Krasnodar diyarında 4,4 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən bildirilib.
Məlumata əsasən, zəlzələnin episentri Tuapse şəhərindən 8 km cənubda, ocağı isə 5 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar 13 yaşayış məntəqəsində hiss olunub.
Qeyd olunub ki, xəsarət alan və ölən yoxdur.
Latviya Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb
Polşa Belarusun 365 vətəndaşına və 20 şirkətinə qarşı sanksiya tətbiq edib
Mövlud Çavuşoğlu ilə Antoni Blinken arasında telefon danışığı olub
Dünyanın ən böyük elektromobil istehsalçıları Əbu-Dabidə toplaşıb
Volodimir Zelenski və Olaf Şolts arasında telefon danışığı olub