×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 26 may, AZƏRTAC
Mayın 25-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) AZ2092024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 9359.2700 (9.78 faiz) manat və 9395.5822 (9.19 faiz) manat olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 milyon 010 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9359.2700 (9.78 faiz) manat, orta ölçülmüş qiyməti isə 9381.1870 (9.42 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il fevralın 1-də ödəniləcək.
Bu gün, həmçinin Bakı Fond Birjasında AMB-nin AZ2091024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub. Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9585.3400 (9.27 faiz) manat və 9623.2189 (8.39 faiz) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 29 milyon 870 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9585.3400 (9.27 faiz) manat, orta ölçülmüş qiyməti isə 9600.9967 (8.91 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 29 milyon 870 min manat təşkil edib. Notlar noyabrın 9-da ödəniləcək.

Maliyyə 2023-05-26 04:14:00