×
A
A
A
Sazlamalar

Göygöldə sel nəticəsində xəsarət alanların kimliyi məlum olub

Göygöl, 26 may, E. Məmmədov, AZƏRTAC

İntensiv yağan yağışlar Göygöl rayonu Topalhəsənli kəndində fəsadlar yaradıb.
Bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
O deyib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək fəsadların aradan qaldırılması, insanlara kömək göstərilməsi üçün müxtəlif tədbirlər həyata keçirib. Polis əməkdaşlarının köməkliyi ilə Gəncə şəhər sakinləri V. Həziyev, T. Məmmədova və V. Həziyeva çay axınından xilas edilib, ilkin yardım göstərilib.

Regionlar 2023-05-26 01:10:00