×
A
A
A
Sazlamalar

Naxçıvanda “Heydər Əliyev və milli dövlətçilik məsələləri” respublika elmi konfrans keçirilib

Naxçıvan, 25 may, AZƏRTAC

“Naxçıvan" Universitetində “Heydər Əliyev və milli dövlətçilik məsələləri” respublika elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda ADA Universitetinin rektoru professor Hafiz Paşayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, Mingəçevir Dövlət Universitetinin rektoru dosent Şahin Bayramov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və digər tanınmış elm adamları iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Konfransdan sonra Naxçıvan Dövlət Milli Dram Teatrında bədii proqram təqdim olunub.
"Naxçıvan" Universiteti və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans sabah öz işini bölmə iclasları ilə davam etdirəcək.

Regionlar 2023-05-25 22:39:00