Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb
Bakı, 25 may, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarovanın Serbiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç imzalayıblar.
İki ölkənin parlament rəhbərləri bu memorandumun münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyinə inamlarını ifadə ediblər.
Keniyanın Baş naziri Ermənistanın qeyri-konstruktiv addımları barədə məlumatlandırılıb
Azərbaycanın Baş naziri monteneqrolu həmkarı ilə görüşüb
Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri və Baş direktorunun müavini ilə görüşüb