Yaponiyada silahlı hücumda 3 nəfər ölüb
Pekin, 25 may, AZƏRTAC
Yaponiyanın Nagano prefekturasında naməlum şəxsin hücumu nəticəsində bir qadın və 2 polis əməkdaşı ölüb, yaralılar var.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, hadisə prefekturanın Nakano şəhərində axşamüstü baş verib. Ov tüfəngi ilə silahlanmış şəxs əvvəlcə qadına hücum edərək, onu bıçaqlayıb, hadisə yerinə gələn polis əməkdaşlarına isə atəş açıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin tanınmamaq üçün maska və eynək taxdığı bildirilir.
Hadisə yerinə xeyli sayda polis əməkdaşı cəlb olunub, şübhəli şəxsin tapılması üçün əməliyyat aparılır. Güman olunur ki, o, yerli məclisin iqamətgahında gizlənib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Latviya Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb
Polşa Belarusun 365 vətəndaşına və 20 şirkətinə qarşı sanksiya tətbiq edib
Mövlud Çavuşoğlu ilə Antoni Blinken arasında telefon danışığı olub
Dünyanın ən böyük elektromobil istehsalçıları Əbu-Dabidə toplaşıb
Volodimir Zelenski və Olaf Şolts arasında telefon danışığı olub