×
A
A
A
Sazlamalar

Bakı-Quba yolunda yük avtomobili yanıb

Quba, 25 may, Elxan Yusifli, AZƏRTAC

Bakı-Quba yolunun 35-ci kilometrliyində yük avtomobili yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “MAN” markalı yük avtomobilinin kabinə hissəsi və ön təkərləri yanıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə söndürülərək avtomobilin yük bölməsinə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində avtomobilin kabinə hissəsi və 2 ədəd ön təkəri yanıb. Avtomobilin qalan hissəsi və yük yerindəki 26 ton məhsul yanğından mühafizə olunub.

Regionlar 2023-05-25 18:11:00