×
A
A
A
Sazlamalar

Dövlət Uşaq Filarmoniyasının hesabat konserti - “Sizi gözləyirik”

Bakı, 25 may, AZƏRTAC

İyunun 2-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Sizi gözləyirik” adlı hesabat konserti təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında keçiriləcək.
Proqram rəngarəng musiqi nömrələri, bir-birindən parlaq səhnə geyimləri ilə zəngindir. Konsertdə “Şəms” uşaq xoru, vokal sinfi, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivləri çıxış edəcəklər.

Mədəniyyət 2023-05-25 17:44:00