×
A
A
A
Sazlamalar

Qırğızıstanın sabiq Baş naziri: Minalar insanların təhlükəsiz qayıtmasına mane olur

Ağdam, 25 may, Gülay Nəzərova, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə insanların təhlükəsiz qayıtmasını təmin etmək üçün mina təhlükəsini aradan qaldırmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev Ağdamda jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan xalqına rəğbətini ifadə etmək üçün Qarabağa gəldiyini qeyd edib və regionda sülhün bərqərar olmasının tərəfdarı olduğunu söyləyib.
Sabiq Baş nazir minalarla çirklənmə ilə bağlı mübarizə məsələsinin Azərbaycanın milli prioritetləri sırasına daxil edilməsinin vacibliyini qeyd edib: “Təbii olaraq, Azərbaycan hökuməti diqqətini bu ərazinin bərpasına yönəldib. İnsanları bu ərazilərə qaytarmaq üçün bu torpaqlar minalardan təmizləmək lazımdır. Mina çirklənməsindən dərs çıxarmaq və buna dünyanın heç bir yerində yol verməmək lazımdır”.

Cəmiyyət 2023-05-25 17:16:00