×
A
A
A
Sazlamalar

“Zəfər” altsisteminə 245 minədək şəxsə dair məlumat daxil edilib

Bakı, 25 may, AZƏRTAC
“Zəfər” altsisteminə ötən dövrdə aidiyyəti qurumlar tərəfindən 245 minədək şəxsə dair məlumat daxil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onların sırasına Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhid və şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, Milli qəhrəmanlar, Vətən Müharibəsi qəhrəmanları, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyi olan şəxslər və onların ailə üzvləri daxildir.
Prezident İlham Əliyevin 2021-ci il 27 oktyabr tarixli Fərmanı ilə yaradılmış “Zəfər” altsistemi qurumlara şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək tədbirlərinin həyata keçirilməsi işlərində çevik məlumat mübadiləsinə, həmin işlərin daha operativ, sistemli və məqsədəuyğun təşkilinə imkan verir.
Şəhid ailələri və müharibə iştirakçıları barədə məlumatlar həmin altsistemə daxil edildiyi anda onlara e-sistem üzərindən proaktiv qaydada sosial ödəniş təyinatları aparılır.

Sosial 2023-05-25 17:21:00