×
A
A
A
Sazlamalar

ABBA qrupu “Eurovision 2024”də çıxış etməkdən imtina edib

Bakı, 25 may, AZƏRTAC

İsveçin ABBA pop-qrupu müsabiqədə qalib gəlməsinin 50 illik yubileyinə baxmayaraq, “Eurovision 2024”də çıxış etməkdən imtina edib. Bu barədə AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir.
Benni Andersson “Eurovision”da iştirak etmək istəmədiyini bildirib. Onun sözlərinə görə, ABBA-nın iştirakçılarından heç olmasa biri iştirak etmək istəmirsə, deməli, kollektiv bunu etməyəcək: “Mən istəmirəm. ...Birimiz “yox” deyirsə, bu hamımıza aiddir”.
Kollektivin digər iştirakçısı Byörn Ulveus da Anderssonun sözlərinə dəstək verib. “Biz ABBA-nın qələbəsinin 50 illiyini səhnəyə çıxmadan qeyd edə bilərik”, — deyə musiqiçi sözlərini yekunlaşdırıb.
Ansambl 1974-cü ildə “Eurovision” müsabiqəsində qələbədən sonra Avropadan kənarda da məşhurlaşıb.

Mədəniyyət 2023-05-25 17:00:00