×
A
A
A
Sazlamalar

Aksiya çərçivəsində su hövzələrindən 560 metr uzunluğunda sintetik tor götürülüb

Bakı, 25 may, AZƏRTAC

“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində torların yığışdırılması davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin Şabran və Xaçmaz rayonlarının inzibati ərazisindəki akvatoriyasından, Kür çayından, Yenikənd su anbarından sintetik torların yığışdırılması həyata keçirilib.
Aksiya zamanı həmin su hövzələrindən 560 metr uzunluğunda 12 ədəd sintetik tor götürülüb.

 

 

 

Ekologiya 2023-05-25 16:59:00