×
A
A
A
Sazlamalar

Xaçmaz Peşə Məktəbinin binası əsaslı təmir olunur

Xaçmaz, 25 may, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Peşə Məktəbinin binasında əsaslı təmir işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Nərəcan kəndində yerləşən peşə təhsili müəssisəsi 5 mərtəbəli olmaqla, 280 şagird yerlikdir. Burada 14 sinif və 2 kompüter otağı, 2 emalatxana, laboratoriya, kitabxana və akt zalı fəaliyyət göstərir.
Xaçmaz Peşə məktəbi 1968-ci ildən fəaliyyət göstərir. Məktəbin binası indiyədək əsaslı təmir olunmadığından qəzalı vəziyyətə düşüb. Bu səbəbdən Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinin əsaslı təmirinə başlanılıb.
Məktəb binasının növbəti tədris ilinin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulub.

 

Regionlar 2023-05-25 16:30:00