×
A
A
A
Sazlamalar

Dövlət Gömrük Komitəsinin sədri Gəncədə vətəndaşların müraciətini dinləyib

Bakı, 25 may, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Mayın 25-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşlarla görüşüb.
DGK-dan AZƏRTAC-a bildirilib ki, qurum sədri əvvəlcə Gəncə şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Gəncə şəhəri, Samux və Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Görüş zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

 

Regionlar 2023-05-25 16:09:00