×
A
A
A
Sazlamalar

Bakıda “Viva opera” qala-konserti keçiriləcək

Bakı, 25 may, AZƏRTAC

İyunun 11-də Heydər Əliyev Mərkəzində “Viva opera” qala-konserti keçiriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib.
Konsertdə italyan opera müğənnisi Ferruccio Furlanetto, Rusiyanın məşhur "Bolşoy" Teatrının solistləri, həmyerlilərimiz Dinara Əliyeva və Elçin Əzizov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Gülnaz İsmayılova, Əməkdar artistlər Afaq Abbasova, İnarə Babayeva, Ramil Qasımov, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Anton Ferştandt, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, Tural Ağasıyev, solistlər Fatimə Cəfərzadə, Nina Makarova, Taleh Yahyayev, Atəş Qarayev, Mahir Tağızadə, Gunel Hacıyeva, Atəş Qarayev və Teatrın xor kollektivi çıxış edəcəklər.
Teatrın simfonik orkestrinin müşayiəti ilə baş tutacaq proqramında Ü.Hacıbəyli, M.Maqomayev, C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səsləndiriləcəkdir.
Orkestrin dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev, xormeysteri, Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Biletlər şəhərin bütün kassalarında və iticket.az saytdan əldə etmək olar.

Mədəniyyət 2023-05-25 15:32:00