×
A
A
A
Sazlamalar

“Azexport” portalı ilk dəfə Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

Bakı, 25 may, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı tərəfindən növbəti sərbəst satış sertifikatları təqdim olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sertifikatlar Azərbaycanda istehsal olunan spirtli içkilərin Bolqarıstan Respublikasına ixracı üçün nəzərdə tutulub.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli müvafiq Fərmanına uyğun “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə, 2018-ci ilin aprel ayından 2023-cü il noyabr ayına kimi 635 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika qitəsi, Asiya, Okeaniya, Avropa və Körfəz ölkələrinə məhsulların ixracını asanlaşdırıb.

İqtisadiyyat 2023-05-25 15:12:00