×
A
A
A
Sazlamalar

Məşhur italyan opera müğənnisinin Opera və Balet Teatrında ustad dərsi

Bakı, 25 may, AZƏRTAC

Artıq bir neçə gündür Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun təşəbbüsü ilə məşhur italyan opera müğənnisi Federico Longhin teatrda ustad dərsləri keçir.
AZƏRTAC xəbər verir ki, Federico teatrda öz təcrübəsini bölüşməklə yanaşı, sənət ocağının solistləri ilə fərdi məşğələlər aparır.
Nəticə etibarilə teatrın peşəkar kollektivi öz bilik və bacarıqlarını daha da stimullaşdırır.
Xatırladaq ki, layihə teatrın yaradıcı baxımından kadr potensialının və peşəkarlığın yüksəldilməsinə yönəlib və silsilə şəkildə davam edəcək.

 

Mədəniyyət 2023-05-25 15:09:00