×
A
A
A
Sazlamalar

Gürcüstanın biznes subyektləri ilə əlaqələrin genişləndirilməsi müzakirə edilib

Bakı, 25 may, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Ticarət və Sənaye Palatası arasında keçirilmiş görüşdə hər iki ölkənin biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə edilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Gürcüstana səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Tbilisidə bu ölkənin Ticarət və Sənaye Palatasının prezidenti Giorgi Pertaia ilə görüşüb. Görüşdə hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin daha da genişləndirilməsinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, KOBİA-nın fəaliyyətinə dair məlumat verilib.

İqtisadiyyat 2023-05-25 14:36:00