×
A
A
A
Sazlamalar

Baş Qərargah rəisi Pakistan Xüsusi Xidmətlər Qrupu diviziyasında olub

Bakı, 25 may, AZƏRTAC

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Xüsusi Xidmətlər Qrupu (SSG) diviziyasında olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SSG diviziya komandiri general-mayor Adil Rəhmani nümayəndə heyətinə diviziyanın təyinatı və təlim prosesi haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, diviziyanın şəxsi heyəti xüsusi təyinatlılardan ibarətdir və əsasən əks-terror, mühüm hədəflərin aşkar edilməsi, girovların azad edilməsi, informasiya, psixoloji və bir sıra digər xüsusi əməliyyatlara cəlb olunur.
Sonra SSG-nin təlim ərazisi ilə tanışlıq keçirilib, diviziyanın sərəncamında olan silah və texnika, habelə digər hərbi təyinatlı vasitələr nümayəndə heyətinə nümayiş etdirilib.
Sonda general-polkovnik K.Vəliyev SSG diviziyasının Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Görüşdə Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov da iştirak edib.

Ordu 2023-05-25 14:37:00