×
A
A
A
Sazlamalar

Gənc Tamaşaçılar Teatrının kollektivi Gəncədə çıxış edəcək

Bakı, 25 may, AZƏRTAC

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qastrol səfərləri çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi mayın 29-da Gəncə Dövlət Dram Teatrında Anton Çexovun “Qağayı” tamaşasını nümayiş etdirəcək.



Mədəniyyət 2023-05-25 14:23:00