×
A
A
A
Sazlamalar

İçərişəhərdə V Milli Kitab Sərgisi açılacaq

Bakı, 25 may, AZƏRTAC
Mayın 27-də İçərişəhərdə V Milli Kitab Sərgisi işə başlayacaq.
AZƏRTAC xəbər verir ki, iyunun 4-dək davam edəcək sərgidə müxtəlif təqdimatlar, panel müzakirələri, yerli və xarici müəlliflərlə görüşlər, imza günləri, poeziya axşamları keçiriləcək.
Sərgi saat 09:00-dan 20:00-dək Qoşa Qala meydanında təşkil olunacaq.

Mədəniyyət 2023-05-25 12:51:00