×
A
A
A
Sazlamalar

Şuşada fəaliyyət göstərən iaşə obyektləri və evlər istiliklə təmin olunur

Bakı, 25 may, AZƏRTAC

“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun iclasının Şuşada keçirilməsinin məqsədi Şuşada və ətrafında olan yaşayış məntəqələrinin enerji məsələlərini müzakirə etməkdir. İşğaldan azad olunan ərazilərin enerji ilə təminatı istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Sultanov İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun Şuşada keçirilən iclasında deyib.
O bildirib ki, “Azəristilik” Şuşada 7 qazanxana istifadəyə verib. Şəhərdə fəaliyyət göstərən iaşə obyektləri və evlər istiliklə təmin olunur.

 

 

İqtisadiyyat 2023-05-25 12:34:00