×
A
A
A
Sazlamalar

Hərbi institutun orkestr heyəti Gürcüstanda səfərdədir

Bakı, 25 may, AZƏRTAC
Mayın 26-da Gürcüstanda Müstəqillik Günü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək məqsədilə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri bu ölkədə səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hərbi orkestr heyəti Tbilisi şəhərində müxtəlif ölkələrdən qatılan nümayəndələrlə birgə konsert proqramları ilə çıxış edəcək.

Ordu 2023-05-25 11:14:00