×
A
A
A
Sazlamalar

Ulu Öndər Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

Bakı, 25 may, AZƏRTAC

Dövlət Tərcümə Mərkəzinin Madriddə ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı İspaniyanın mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifləri – tanınmış Salvador dilçi-alimi, professor Sesar Edqardo Martines Flores və ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.

 

 

 

Mədəniyyət 2023-05-25 10:22:00