×
A
A
A
Sazlamalar

Moldova ilə birgə əməkdaşlıq platformalarının yaradılması imkanları nəzərdən keçirilib

Bakı, 25 may, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Moldovaya səfər çərçivəsində Kişineu şəhərində bu ölkənin Ticarət və Sənaye Palatasının prezidenti Sergiu Harea ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafı və bu istiqamətdə birgə əməkdaşlıq platformalarının yaradılması imkanları nəzərdən keçirilib. Eyni zamanda, KOB-ların iştirakı ilə birgə sərgilərin təşkili və dəstəklənməsinə, təlimlərə və məsləhət xidmətinin göstərilməsinə dair fikir mübadiləsi aparılıb.

 

İqtisadiyyat 2023-05-25 10:12:00