×
A
A
A
Sazlamalar

Kanadanın biznes qurumları ilə Bakı Limanı arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Bakı, 25 may, AZƏRTAC

Kanada Avrasiya Ticarət Palatasının (KATP) üzvlərindən ibarət nümayəndə heyəti Bakı Limanına səfər edib.
Limandan AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi Kanadanın biznes qurumları ilə Bakı Limanı arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi olub. Nümayəndə heyətinin tərkibinə “5Blue Processing”, “Cənubi Alberta Texnologiya İnstitutu”, “JORI Logistics”, “Black Powder Solutions”, “Master Flo Valve Co”, “Stream-Flo Industries” və “Thermal Design Engineering” kimi Kanada bizneslərinin təmsilçiləri daxildir.
KATP-nin üzvləri potensial tərəfdaşlıq imkanları, işgüzar əməkdaşlıqlar və ticarət perspektivlərini araşdırmaq üçün limanın əməliyyatları və kommersiya komandası ilə görüşüb. Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə edilib, qarşılıqlı maraq doğuran istiqamətlərin inkişaf yolları araşdırılıb. Qonaqlara limanın infrastrukturu, əməliyyat imkanları və xidmətləri haqqında məlumat verilib.

Nəqliyyat 2023-05-25 10:11:00