×
A
A
A
Sazlamalar

“MAX” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Bakı, 24 may, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) “MAX” MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 1000 manat olan AZ2001025447 dövlət qeydiyyat nömrəli, 500 min manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 3 investor tərəfindən üç sifariş təqdim olunub. İstiqrazın illik faiz dərəcəsi 13 faizdir, faiz ödəniş dövrü isə 90 gündən bir təşkil edir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 500 min manatdır. İstiqrazlar 2025-ci il mayın 23-də ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətidir.

Maliyyə 2023-05-24 21:32:00