×
A
A
A
Sazlamalar

Dövlət Uşaq Filarmoniyası Horadizdə konsert təşkil edib

Bakı, 24 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Füzuli rayon, Horadiz şəhər Muğam mərkəzində “El bilir ki, sən mənimsən” adlı sayca dördüncü konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konsert proqramı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Dövlət Uşaq Filarmoniyasının istedadlı uşaq kollektivlərinin bir-birindən maraqlı, zəngin çıxışları konsertə gələnlərin böyük marağına səbəb olub. Hər zaman olduğu kimi, bu dəfə də konsert təntənəli, gurultulu alqışlarla keçib.
Konsertdən sonra tədbirdə iştirak edən uşaqlar üçün Heydər Əliyev mərkəzində ekskursiya təşkil olunub. Onlar Muğam Mərkəzinin parkında gəzərək, Tarix-Diyarşünaslıq Muzeyində olan eksponatlarla tanış olublar.

Mədəniyyət 2023-05-24 20:15:00