×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) AZ2089024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 9938.1625 (8 faiz) manat və 9943.6197 (7.29 faiz) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 32 milyon 800 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9938.2400 (7.99 faiz) manat, orta ölçülmüş qiyməti isə 9940.1773 (7.74 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar iyunun 21-də ödəniləcək.
Bu gün, həmçinin Bakı Fond Birjasında Mərkəzi Bankın AZ2090024707 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunub. Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 9808.00 (8.39 faiz) manat və 9823.7295 (7.69 faiz) manat olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 milyon 660 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9810.4700 (8.28 faiz) manat, orta ölçülmüş qiyməti isə 9816.7170 (8 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar avqustun 26-da ödəniləcək.

Maliyyə 2023-05-24 20:01:00