×
A
A
A
Sazlamalar

Bərdədə yol polisinin kompüterini əlindən alaraq qaçan sürücü tutulub

Bakı, 24 may AZƏRTAC

Daxili İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkələrdə yayılan, Bərdə rayonunda polis əməkdaşları ilə sürücü arasında mübahisəni əks etdirən görüntülərlə bağlı məlumat yayıb.
AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, rayon polis şöbəsinin dövlət yol polis idarəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış “QAZ-24” markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib olunub. Bu vaxt bir nəfər polis əməkdaşına yaxınlaşaraq əlindəki bort kompüteri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları bort kompüteri həmin şəxsdən geri alıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, bort kompüteri polis əməkdaşının əlindən alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur.
Hazırda araşdırmalar davam etdirilir.

Hadisə 2023-05-24 18:25:00