×
A
A
A
Sazlamalar

Göygöldə plastik qablaşdırma tullantılarının toplanması üçün təkrar emal qutuları yerləşdirilib

Bakı, 24 may, AZƏRTAC

Göygöl Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Ecohub Ekoloji platforması və “Coca Cola”nın “Tullantısız dünya” proqramı çərçivəsində Göygöl rayonunda plastik qablaşdırma tullantıların toplanması üçün təkrar emal qutuları yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat verilib.
Qeyd edək ki, “Tullantısız dünya” proqramının məqsədi istifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və dairəvi iqtisadiyyata cəlb oluna bilən bu xammalın ətraf mühitə mənfi təsirini azaltmaqdır.

 

 

Ekologiya 2023-05-24 17:54:00