“Günay Bank” ASC-nin qiymətli kağızlarının delistinq edilməsi qərarı verilib
Bakı, 24 may, AZƏRTAC
“Günay Bank” ASC-nin qiymətli kağızlarının delistinq edilməsi qərarı verilib.
Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, Listinq Komitəsi tərəfindən listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən “Günay Bank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan AZ1003000168 ISIN kodlu qiymətli kağızının delistinq edilməsi qərarı alınıb. Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaq.
Qeyd edək ki, “Günay Bank” ASC-nin lisenziyası mayın 17-dən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Vebinar: Qeyri-neft və qeyri-dövlət sektorunun Mərkəzi Bankın notlarına investisiya imkanları
Siyasi partiya hansı halda əmlak vergisinin ödəyicisi sayılmır?
Bugünkü hərracda tələb 22,4 milyon dollar olub
ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur?
İşğaldan azad edilmiş ərazilərin bərpasında dünya təcrübəsinin strateji aspektləri