×
A
A
A
Sazlamalar

Mayın 24-də Azərbaycanda COVID-19 əleyhinə 167 doza vaksin vurulub

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 167 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 24, ikinci doza vaksinlərin sayı 127, üç və daha çox doza vaksinlərin sayı 13, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 3-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 964 min 344, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 320, ikinci mərhələ üzrə 4 milyon 883 min 473, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 341, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 210-dur.

Səhiyyə 2023-05-24 16:51:00