×
A
A
A
Sazlamalar

Astarada əkinçiliklə məşğul olan sahibkarların çətinlikləri müzakirə edilib

Bakı, 24 may, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində Astara rayonunda əkinçiliklə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Astara Dövlət Aqrar və İnkişaf Mərkəzində təşkil olunmuş görüşdə Astara Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin, “Aqrar Tədarük və Təchizat” ASC-nin regional bölmələrinin, “Aqrar sığorta müştərək sığorta şirkəti” ASC-nin nümayəndələri, eləcə də 25-ə yaxın fermer və sahibkarlıq subyekti iştirak edib.
Görüşdə aidiyyəti dövlət qurumlarının təmsilçiləri iştirakçıları sahibkarlıq sahəsində həyata keçirilən layihələr, mövcud dövlət dəstəyi tədbirləri barədə məlumatlandırıblar. Fermerlərin fəaliyyətinin təşkili, əkin subsidiyalarının alınması və güzəştli kreditlərin əldə edilməsi ilə bağlı çətinliklər və onların aradan qaldırılması üçün təkliflər, təbii fəlakətlər nəticəsində təsərrüfatlara dəymiş ziyanın aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər və digər məsələlər müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.

Kənd təsərrüfatı 2023-05-24 16:42:00