×
A
A
A
Sazlamalar

Hoteldə paytaxt sakinini döyən şəxslər saxlanılıblar

Bakı, 24 may AZƏRTAC

Mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən hotellərin birində xuliqanlıq hadisəsi törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev AZƏRTAC-a bildirib ki, xuliqanlıq zəminində paytaxt sakini olan 1979-cu il təvəllüdlü şəxsi döyüb hoteldəki əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədən Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır.
Həmçinin qeyd olunub ki, mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaradıblar. Bununla əlaqədar polis bölməsinə gətirilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.

Hadisə 2023-05-24 13:48:00