×
A
A
A
Sazlamalar

Qaçırılan avtomobillə qəza törədən şəxs tutulub

Bakı, 24 may AZƏRTAC

Mayın 21-də saat 13 radələrində Binəqədi rayonunun S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini İ.Cəfərova məxsus “Mercedes Vito” markalı avtomobilin qaçırılması barədə polisə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin avtoyuma məntəqəsində işləyən Kürdəmir rayon sakini Fərid Rzayevin qaçırması və Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunub.
Fərid Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə 2023-05-24 13:21:00